Bloomberg-in mənbələrə istinadən məlumatına görə, ABŞ-ın aşağıbüdcəli aviaşirkəti Spirit Airlines ABŞ-İsrail müharibəsi fonunda xərclərin kəskin artması səbəbindən fəaliyyətini dayandıra bilər.
Əsas səbəb kimi aşağıbüdcəli aviaşirkətlər üçün ən böyük xərc maddələrindən olan reaktiv yanacağın qiymətinin ciddi şəkildə artması göstərilir.
Məlumata görə, şirkət rəhbərliyi bu həftə ərzində iflas və ya restrukturizasiya qərarı verə bilər. Spirit Airlines-in gələcəyi əsasən kreditorlarla aparılan danışıqların nəticəsindən asılıdır.
Qeyd olunur ki, bu, şirkətin ilk maliyyə böhranı deyil, lakin 28 fevralda ABŞ-İsrail hərbi əməliyyatlarının başlamasından sonra yanacaq qiymətlərinin kəskin artması vəziyyəti daha da çətinləşdirib. Sənaye mütəxəssislərinə görə, təyyarə yanacağı qiymətləri hələ də böhrandan əvvəlki səviyyələrdən təxminən iki dəfə yüksəkdir.
İzmedia.az
![]()

