The Wall Street Journal-ın məlumatına görə, ABŞ prezidenti Donald Trump administrasiyası Amerika avtomobil istehsalçılarını hərbi istehsal prosesinə cəlb etməyə çalışır.
Məlumata əsasən, Pentaqon rəsmiləri General Motors və Ford şirkətlərinin rəhbərləri ilə danışıqlar aparıblar.
Plan çərçivəsində Pentaqon sursat və hərbi texnika istehsalını artırmaq üçün mövcud sənaye obyektlərindən və işçi resurslarından istifadə etmək niyyətindədir.
Qeyd olunur ki, ehtiyatların Ukraynaya tədarük və ABŞ-İsrail əməliyyatları səbəbindən azaldığı bildirilir. Nəşr bu təşəbbüsü İkinci Dünya Müharibəsi dövründə həyata keçirilən sənaye səfərbərliyi ilə müqayisə edir.
İzmedia.az
![]()

