İran Səhiyyə Nazirliyi ABŞ-nin hücumlarında 38 nəfərin öldüyünü, 400 nəfərin yaralandığını bildirib

1 Min Read

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ-ın İrana endirdiyi son zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb, yaralıların sayı isə 400-ü keçib.

Çərşənbə günü İran hakimiyyəti 35 nəfərin öldüyünü və ən azı 300 nəfərin yaralandığını bildirib.

Kermanpur sosial mediada yazıb: “Saat 06:30-a olan məlumata görə, Amerika hücumları nəticəsində yaralananların sayı 400-ü keçib, 38 həmvətənimiz həlak olub”.

Rəsmi məlumata görə, üç qadın həlak olub, 22 nəfər yaralanıb, 18 yaşdan kiçiklər arasında isə bir ölüm və doqquz yaralanma olub.

ABŞ-İran münasibətlərində son gərginlik 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ ordusu İslam Respublikası ərazisinə bir sıra zərbələr endirib. Bu zərbələr, guya Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq edilib. Elə həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını elan edib. Cavab tədbirləri çərçivəsində Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş