Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumata görə, Gürcüstan və Rusiya arasında 2026-cı ilin birinci rübündə ticarət dövriyyəsi 737 milyon dollardan çox təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım deməkdir.
Rusiya bu dövrdə Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşı olub və ölkənin ümumi xarici ticarət dövriyyəsində 12,6% paya sahib olub. Hesabata əsasən, Gürcüstanın Rusiyaya ixracı 145 milyon dollardan çox olub (12% artım), Rusiyadan idxal isə 592 milyon dollardan çox təşkil edib (15% artım).
Məlumatda qeyd olunur ki, bu dövrdə Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub və qarşılıqlı ticarət dövriyyəsi 802 milyon dollardan çox təşkil edib (18% artım).
Çin 690 milyon dollardan çox ticarət dövriyyəsi ilə (55% artım) üçüncü yerdə qərarlaşıb. Daha sonra Amerika Birləşmiş Ştatları (445 milyon dollardan çox), Azərbaycan (322 milyon dollardan çox) və Almaniya (265 milyon dollardan çox) gəlir.
İzmedia.az
![]()

