Mara Flavia Araujo adlı 38 yaşlı braziliyalı idmançı ABŞ-ın Texas ştatında keçirilən Ironman yarışları zamanı boğularaq həyatını itirib.
Məlumata görə, o, yarışın ilk mərhələsində Lake Woodlands ərazisində yoxa çıxıb. İdmançının itkin düşməsi barədə yerli vaxtla saat 07:30 radələrində məlumat verilib.
Woodlands Fire Department rəisi Palmer Bakın sözlərinə görə, yarış zamanı təhlükəsizliyi təmin etmək üçün ərazidə xilasetmə qayığı olub və xilasedicilər şamandıraların yaxınlığında itkin iştirakçı ilə bağlı siqnal alıblar.
İdmançının cəsədi təxminən 3 metr dərinlikdə tapılıb. Dalğıclar onu saat 09:37-də suyun səthinə çıxararaq sahilə aparıblar.
Qeyd olunur ki, Ironman yarışının proqramına 3,8 km üzgüçülük, 180 km velosiped sürmə və 42,2 km marafon qaçışı daxildir.
Araujo 2019-cu ildən triatlonla məşğul olurdu. O, Braziliyada keçirilən yarışlarda bir neçə dəfə mükafat qazanıb, iki dəfə GP Brasil mərhələlərində qalib gəlib və Ironman 70.3 World Championship yarışında da iştirak edib.
İzmedia.az
![]()

