İran Xarici İşlər Nazirliyi bazar ertəsi günü ABŞ tərəfindən “Tuska” adlı İran ticarət gəmisinin ələ keçirilməsi ilə bağlı BMT Baş katibinə və Beynəlxalq Dəniz Təşkilatına rəsmi şikayət təqdim edib.
Tehran bu addımı beynəlxalq hüququ və atəşkəs razılaşmasını pozan “qanunsuz və barbar hərəkət” kimi qiymətləndirib.
İran Xarici İşlər Nazirliyinin IRNA agentliyi vasitəsilə yayılan bəyanatında bildirilib ki, Tehran bu cür hərəkətlərin “son dərəcə təhlükəli nəticələri” barədə xəbərdarlıq edir və gəminin, ekipajın və dənizçilərin dərhal azad edilməsini tələb edir.
Məlumata görə, əməliyyat zamanı heyət üzvlərinin və onların ailələrinin qorxudulması ehtimalı da mövcuddur.
İzmedia.az
![]()

