Corciya ştatında meşə yanğınları: 50-dən çox ev kül oldu

1 Min Read

NBC News-un məlumatına görə, Corciya ştatında baş verən meşə yanğınları 50-dən çox evi məhv edib.

Quru və isti hava şəraiti səbəbindən alovlar ştatın cənub hissəsində yerləşən Brantli dairəsində sürətlə yayılmağa davam edir.

Məlumata görə, təxminən 1000 ev və digər tikililər yanğın riski altındadır. Zərər çəkən ərazilərdə təxliyə tədbirləri həyata keçirilir.

Qonşu Florida ştatının şimal hissəsində də meşə yanğınları qeydə alınıb və hakimiyyət orqanları artıq sakinlərin təxliyəsinə başlayıb. Yanğınların səbəbi isə hələlik araşdırılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş