İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürüb

1 Min Read

Axios mənbələrə istinadən xəbər verir ki, İran ABŞ-yə Hörmüz boğazının yenidən açılması və Tehranın nüvə proqramı ilə bağlı danışıqların daha sonrakı mərhələdə aparılması üçün yeni təklif verib.

Məlumata görə, təklif ABŞ tərəfinə Pakistan vasitəçiləri üzərindən çatdırılıb. Nəşr yazır ki, diplomatik proses çıxılmaz vəziyyətdədir və İran rəhbərliyi hansı nüvə güzəştlərinin müzakirə oluna biləcəyi məsələsində fikir ayrılığı yaşayır.

Bildirilir ki, yeni təklif daha sürətli razılaşmaya nail olmaq üçün nüvə məsələsinin müvəqqəti olaraq kənara qoyulmasını nəzərdə tutur.

Təklif boğaz və ABŞ-ın tətbiq etdiyi blokada ilə bağlı böhranın həllinə yönəlib. Sənədə əsasən, atəşkəsin uzun müddətə uzadılması və ya tərəflərin müharibəyə birdəfəlik son qoyması mümkündür. Nüvə danışıqlarının isə yalnız sonrakı mərhələdə — boğaz açıldıqdan və blokada aradan qaldırıldıqdan sonra başlaması nəzərdə tutulur.

Axios-un məlumatına görə, Donald Trampın bazar ertəsi İranla bağlı milli təhlükəsizlik və xarici siyasət üzrə yüksək vəzifəli komandası ilə danışıqlardakı durğunluğu və mümkün növbəti addımları müzakirə etmək üçün görüş keçirməsi gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş