Kim Çen In Rusiyanın siyasətini tam dəstəklədiklərini bəyan edib

1 Min Read

Kim Çen In aprelin Andrey Belousov ilə görüşündə Rusiyanın suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinə yönəlmiş siyasəti dəstəkləməyə davam edəcəklərini bildirib.

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kimin sözlərini sitat gətirərək yazıb: “Koreya Xalq Demokratik Respublikası hökuməti Rusiyanın dövlət suverenliyinin, ərazi bütövlüyünün, milli təhlükəsizliyinin və maraqlarının qorunmasına yönəlmiş siyasətini tam dəstəkləməyə davam edəcək. Rusiya ordusu və xalqı ədalətli və müqəddəs mübarizəsində mütləq qələbə qazanacaq”.

Məlumata görə, Kim Çen In Belousovun Pxenyana səfərini “əhəmiyyətli bir məqamda baş tutan” hadisə kimi qiymətləndirib və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafını vurğulayıb.

KCNA-nın yazdığına əsasən, o həmçinin ötən il baş verən hadisələrə toxunaraq, tərəflərin birgə hərəkətləri nəticəsində müəyyən hərbi əməliyyatların uğurla başa çatdırıldığını qeyd edib.

Kim Çen In iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafına görə Rusiya rəhbərliyinə təşəkkür edib.

Tərəflər görüş zamanı beynəlxalq və regional vəziyyət də daxil olmaqla qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş