Fransa: Keçmiş prezident Nikola Sarkozi yenidən həbs oluna bilər

1 Min Read

Fransanın sabiq prezident Nikola Sarkozi məhkəmə qərarı əsasında yenidən həbs riski ilə üzləşib.

İzmedia.az-ın məlumatına görə, 9 martda Paris məhkəməsi Sarkozinin bir neçə məhkəmə cəzasını birləşdirərək icra edilməsini tələb edən ərizəsini rədd edib. Məqsəd əlavə həbs cəzasından yayınmaq idi, lakin məhkəmə bu tələbi qəbul etməyib.

TF1 xəbər verir ki, məhkəmənin qərarından sonra Sarkozi 2012-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı “Bigmalion” işi üzrə ayrıca cəza çəkəcək. Onun bir il həbs cəzasının altı ayı real olaraq müəyyən olunub.

Journal de Québec-in məlumatına görə, cəza çox güman ki, adi həbsxanada deyil, elektron qolbaqla ev dustaqlığında çəkiləcək, lakin bu qanuni baxımdan həbs cəzası sayılır.

Beləliklə, keçmiş prezidentin məhkəmə qərarı onun üçün həbs müddətinin qaçılmaz olduğunu göstərir, icrası isə ev dustaqlığı şəklində ola bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş