“The Sunday Times”: Ukrayna kəşfiyyatı rus hərbçilər arasında kannibalizm iddiaları irəli sürüb

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 90

The Sunday Times Ukrayna hərbi kəşfiyyatına istinadən iddia edir ki, Ukrayna ərazisində döyüşlərdə iştirak edən bəzi Rusiya hərbçiləri arasında qida çatışmazlığı səbəbindən kannibalizm halları qeydə alınıb.

Nəşrin məlumatına görə, Ukrayna hərbi kəşfiyyatı tərəfindən təqdim olunan foto və səs yazıları da daxil olmaqla materiallarda rus hərbçiləri arasında ən azı beş belə hadisənin baş verdiyi iddia olunur.

İddialara əsasən, hadisələrdən biri 2025-ci ilin noyabrında Donetsk vilayətinin Mirnoqrad şəhəri yaxınlığında baş verib. Burada “Topal” çağırış nişanlı bir əsgərin iki hərbçi yoldaşını öldürdüyü və onlardan birinin bədəninə zərər yetirdiyi iddia edilir.

Məlumata görə, hadisə ilə bağlı məlumatlar Rusiya hərbi strukturlarının daxili yazışmalarında da qeyd olunub və bəzi zabitlər tərəfindən təsdiqləndiyi iddia edilir.

Bildirilir ki, yayılan fotoşəkillər xüsusi proqramlarla analiz edilib və heç bir saxtalaşdırma izi aşkar olunmayıb. Eyni zamanda müstəqil hərbi mütəxəssisin rəyi kimi təqdim edilən fikirlərdə bəzi xəsarətlərin döyüş yox, kəskin alətlə törədilmiş ola biləcəyi qeyd olunub.

Nəşr həmçinin Ukrayna kəşfiyyatına istinadən bildirir ki, əsir düşən rus hərbçilərinin sayının artması orduda təchizat və ərzaq çatışmazlığı ilə bağlı problemlərə işarə edir.

Bredli Martin isə Rusiya ordusunda təchizat problemləri barədə yayılan məlumatların inandırıcı göründüyünü və qoşunların təminatının prioritet olmadığını bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş