Makkonnell: Pentaqon Ukraynaya 400 milyon dollarlıq yardımı gecikdirir

1 Min Read

ABŞ senatoru Miç Makkonnell (Respublikaçı, Kentukki) “The Washington Post” qəzetində dərc olunan məqaləsində ABŞ Müdafiə Nazirliyini Konqres tərəfindən əvvəlcədən təsdiqlənmiş 400 milyon dollarlıq hərbi yardım paketinin Ukraynaya göndərilməsini gecikdirməkdə ittiham edib.

Senator qeyd edib ki, qanunverici orqan Ukraynaya növbəti iki il ərzində hər biri 400 milyon dollar dəyərində iki yardım paketinin ayrılmasını təsdiqləyib.

“Amma aylar əvvəl təsdiqlədiyimiz Ukrayna yardımı indi Pentaqonda toz yığır”, – deyə Makkonnell bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi həmçinin Konqresin Təxsisatlar Komitəsi və Senatın Silahlı Qüvvələr Komitəsi tərəfindən göndərilən müvafiq sorğuları da cavabsız qoyub. Senator yardımın gecikdirilməsində məsuliyyəti müdafiə nazirinin siyasət üzrə müavini Elbric Kolbinin üzərinə qoyub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş