Rusiya XİN rəsmisi: Böyük Britaniya və Fransada Ukraynaya nüvə komponentləri verilməsi ideyası “bütün hədləri aşır”

1 Min Read

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Andrey Belousov bildirib ki, Böyük Britaniya və Fransada bəzi qüvvələrin Ukraynaya nüvə silahının komponentlərinin verilməsini nəzərdən keçirməsi “bütün hədləri aşır”.

O, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) Tərəflərinin 11-ci İcmal Konfransında çıxışı zamanı deyib: “Bu, bütün hədləri aşır”.

Bundan əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) London və Parisin Kiyevə nüvə bombası və onun çatdırılma vasitələrinin təmin edilməsi istiqamətində fəaliyyət göstərdiyini iddia etmişdi.

SVR-in məlumatına görə, plan çərçivəsində Avropada bu sahə ilə bağlı komponentlərin, avadanlıqların və texnologiyaların gizli şəkildə Ukraynaya ötürülməsi nəzərdən keçirilir. Bildirilib ki, mümkün variantlardan biri Fransa istehsalı olan TN75 döyüş başlığının, M51.1 sualtı qayıqdan buraxılan ballistik raket sistemi ilə əlaqəli texnologiyaların istifadəsi ola bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş