ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Den Keyn Senatda keçirilən dinləmələr zamanı Rusiya tərəfindən İrana dəstək göstərildiyini bildirib.
İzmedia.az xəbər verir ki, general ilk dəfə rəsmi şəkildə Moskvanın İrana ABŞ-la qarşıdurmada məqsədyönlü yardım etdiyini qeyd edib. Lakin o, məlumatların məxfi xarakter daşıdığını əsas gətirərək detalları açıqlamayıb.
Dinləmələr zamanı Keyn senatorların suallarını cavablandırarkən “müəyyən fəaliyyətlərin mövcud olduğunu” təsdiqləyib və İran silahlı qüvvələrinə müəyyən dəstək verildiyini bildirib.
Eyni zamanda, Pentaqon rəsmisi və dinləməyə sədrlik edən respublikaçı Rodcer Uiker Rusiyanın regionda ABŞ əməliyyatlarını pozmağa yönəlmiş addımlar atdığını iddia edib.
Qeyd olunur ki, bu açıqlamalar Yaxın Şərqdə ABŞ və İran arasında gərginliyin artdığı bir dövrdə səsləndirilib. ABŞ rəsmiləri son aylarda Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ehtimalını irəli sürsələr də, bu iddialar indiyədək rəsmi sübutlarla təsdiqlənməyib.
Rusiya tərəfi isə ittihamları rədd edərək, Qərbin iddialarını əsassız adlandırıb. Rusiya Xarici İşlər Nazirliyi əvvəlki açıqlamalarında Moskvanın İrana hərbi əməliyyatlar üçün kəşfiyyat məlumatı vermədiyini bildirib.
![]()
