Avstraliyanın Alis Sprinqs şəhərində etirazlar: polis ilə toqquşma baş verib

1 Min Read

ABC televiziyasının məlumatına görə, Avstraliyanın Alis Sprinqs şəhərində yüzlərlə etirazçı beş yaşlı aborigen qızın qətlə yetirilməsində şübhəli bilinən şəxsə qarşı ədalət tələb edərək polis ilə toqquşub.

Qızın şənbə günü itkin düşdüyü, cəsədinin isə cümə axşamı tapıldığı bildirilir. Qətldə şübhəli bilinən şəxs həmin gün saxlanılıb. Məlumata görə, o, yerli sakinlər tərəfindən döyüldükdən sonra xəstəxanaya aparılıb.

Şəhər xəstəxanası ətrafına toplaşan təxminən 400 nəfər etirazçı şübhəli şəxsə yaxınlaşmağa çalışaraq onun cəzalandırılmasını tələb edib.

Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazlar zamanı hüquq-mühafizə orqanlarına müxtəlif əşyaların atıldığı, bir neçə patrul avtomobilinin zədələndiyi bildirilir. Hadisə nəticəsində iki polis əməkdaşı və iki təcili yardım işçisi yaralanıb.

Polisin məlumatına görə, şübhəli şəxs cümə günü səhər öz təhlükəsizliyini təmin etmək məqsədilə Şimali Ərazinin paytaxtı Darvin şəhərinə köçürülüb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş