İran Fars körfəzi ilə bağlı bəyanat yayıb.

Nərmin
1 Min Read

İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri Komandanlığı İranın Ali Liderinin göstərişlərinə uyğun olaraq Fars körfəzində yeni idarəetmə qaydalarının tətbiq olunacağını açıqlayıb.

izmedia.az xəbər verir ki, İran Tələbə Xəbər Agentliyinin (ISNA) yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusu bununla bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda Fars körfəzi və Hörmüz boğazının idarə olunmasına dair qeyd olunur ki, Ali Liderin göstərişlərinə uyğun olaraq bu bölgə üçün müəyyən edilmiş yeni idarəetmə qaydaları tətbiq ediləcək. İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin İranın suverenliyini qoruyaraq, Fars körfəzi və Hörmüz boğazında yerləşən 2000 kilometrlik sahil xətti üzərində nəzarəti təmin edəcəyi vurğulanıb. Həmçinin bildirilib ki, bu addımlar sözügedən su yolunun İran xalqı üçün daha təhlükəsiz və rahat məkana çevrilməsinə xidmət edəcək.

Bəyanatda yeni qaydaların detalları açıqlanmayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş