Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında danışıqlar mayın 20-də geniş tərkibdə davam etdirilib.
“Qısa müddət əvvəl biz Si Cinpinlə dar formatda, ənənəvi, yaxın və etimad mühitində ikitərəfli əməkdaşlığın vacib məsələləri üzrə əsaslı danışıqlar apardıq. İndi isə daha geniş formatda danışacağıq”, – deyə Rusiya prezidenti bildirib.
Liderlərin görüşü həmin gün başlayıb və Pekində Xalq Yığıncaqları Sarayında keçirilib. Görüşlər çərçivəsində Rusiya və Çin tərəfləri Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsinin müddətini uzadıb, eləcə də bir sıra digər sənədlər imzalayıblar.
İzmedia.az
![]()

