ABŞ Hörmüzdə “Azadlıq əməliyyatı”na başlayır

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ Hörmüz boğazında blokadada qalan gəmilərin çıxarılması üçün “Azadlıq” (Project Freedom) adlı hərbi əməliyyata start verdiyini açıqlayıb.

Məlumata görə, əməliyyatın əsas məqsədi bölgədə münaqişə səbəbindən hərəkətsiz qalan ticarət gəmilərinin və ekipajların təhlükəsiz şəkildə boğazdan çıxarılmasını təmin etməkdir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, bir çox ölkə Hörmüz boğazında qalan gəmilərlə bağlı Vaşinqtona müraciət edib və onların azad edilməsi üçün yardım istəyib.

Qeyd edək ki, 2026-cı ildə regionda baş verən münaqişə fonunda İran Hörmüz boğazını bir sıra ölkələrin gəmiləri üçün bağlayıb və bu da qlobal ticarətə ciddi təsir göstərib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş