Merz xərçəng xəstəsi qadını sərt şəkildə susdurdu — qalmaqal böyüyür

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Almaniya kansleri Friedrich Merz seçicilərlə görüş zamanı qalmaqallı vəziyyətlə üzləşib. Siyasətçi onkoloji xəstəlikdən əziyyət çəkən bir qadının səhiyyə sistemi ilə bağlı şikayətini kobud şəkildə yarımçıq kəsib.

Hadisə hökumət başçısının vətəndaşlarla ünsiyyəti zamanı baş verib. Dərinin dördüncü mərhələ xərçəngindən əziyyət çəkən qadın müalicə xərclərinin yüksək olduğunu, hətta öz dəfn xərclərini qarşılamaqda çətinlik çəkdiyini bildirib.

O, eyni zamanda hökumətin səhiyyə xərclərini azaltmaq planlarına etiraz edib və bunun fonunda nazirlərin maaşlarının artırılması niyyətini tənqid edib. Şahidlərin sözlərinə görə, qadın danışarkən Merz artıq narazı görünürdü və çıxış bitən kimi iradları rədd edib.

Kansler cavabında bildirib ki, guya hökumət heç vaxt məmurların maaşlarını artırmağı planlaşdırmayıb və “heç vaxt” sözünü bir neçə dəfə təkrar edib. Lakin jurnalistlərin araşdırmasına görə, belə bir qanun layihəsi həqiqətən mövcud olub və yalnız mediaya sızdıqdan sonra geri götürülüb.

Bu hadisə Almaniyada ciddi daxili siyasi böhran fonunda baş verib. Sorğu şirkəti INSA-nın nəticələrinə əsasən, Merz ölkənin aparıcı 20 siyasətçisi arasında populyarlıq reytinqində sonuncu yeri tutaraq cəmi 2,9 bal toplayıb.

Daha əvvəl də Merzin bəzi açıqlamalarına görə üzr istəmək niyyətində olmadığı bildirilmişdi.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş