WSJ: “Azadlıq Layihəsi” əməliyyatı gəmilərin müşayiətini nəzərdə tutmur

1 Min Read

“The Wall Street Journal” qəzeti ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın elan etdiyi “Azadlıq Layihəsi” əməliyyatı Hörmüz boğazında ticarət gəmilərinin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən müşayiət olunmasını əhatə etmir.

Mənbənin sözlərinə görə, “Azadlıq Layihəsi” daha çox ölkələr, sığorta şirkətləri və gəmiçilik təşkilatları arasında koordinasiya mexanizmi rolunu oynayacaq və boğazda gəmi hərəkətinin tənzimlənməsinə xidmət edəcək.

Qəzet qeyd edir ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən ticarət gəmilərinin boğazdan müşayiəti məsələsi gündəmdə deyil.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl ABŞ-İran münaqişəsi fonunda Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz şəkildə çıxarılması üçün bazar ertəsi günü “Azadlıq Layihəsi” əməliyyatına başlanacağını açıqlamışdı. O, hər hansı müdaxilənin sərt şəkildə qarşılanacağını vurğulamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş