İzmedia.az xəbər verir ki, Çinin Hunan əyalətinin Liuyan şəhərində yerləşən pirotexnika zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb, 61 nəfər isə yaralanıb.
Məlumata görə, hadisə yerində iki barıt anbarının hələ də partlama riski qalır. Bu səbəbdən xilasedicilər genişmiqyaslı əməliyyat aparır və təhlükəsizlik məqsədilə robot texnikadan istifadə edirlər.
Partlayış nəticəsində müəssisə ətrafında 400 metr radiusda ciddi dağıntılar qeydə alınıb, partlayışın gücü ilə konstruksiya qalıqları uzaq məsafələrə yayılıb.
Rəsmi qurumlar ərazidə xüsusi təhlükəsizlik zonası elan edib. 1 kilometrlik ərazidə yalnız xüsusi qruplar fəaliyyət göstərir, 3 kilometrlik zona isə tam nəzarətə götürülüb.
Hadisə yerinə təxminən 500 nəfərlik xilasedici heyət cəlb olunub və 20 müvəqqəti yardım məntəqəsi qurulub.
Çin rəhbərliyi ölkədə sənaye təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verib. Hadisənin səbəbləri araşdırılır və müəssisə rəhbərliyi istintaqa cəlb olunub.
![]()
