Tasnim: Hörmüz boğazında hücum nəticəsində azı 5 nəfər ölüb

1 Min Read

İranın “Tasnim” xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib ki, ABŞ-nin Hörmüz boğazında iki yük gəmisinə hücumu nəticəsində ən azı 5 nəfər həlak olub.

Mənbənin sözlərinə görə, mülki təyinatlı gəmilər Omanın Xasab limanından İran sahillərinə doğru hərəkət edirdi. Hadisə ABŞ-ın bir neçə İran qayığını batırması ilə bağlı yayılan məlumatların yoxlanılması fonunda məlum olub.

Daha əvvəl “Associated Press” agentliyi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperə istinadən ABŞ hərbi helikopterlərinin Hörmüz boğazında altı kiçik İran qayığını batırdığını xəbər vermişdi. İran tərəfi isə bu məlumatı təkzib edərək, ABŞ tərəfindən İran Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəminin batırılmadığını açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş