İranın “Tasnim” xəbər agentliyi hərbi dairələrdəki mənbəyə istinadən bildirib ki, ABŞ-ın Hörmüz boğazında həyata keçirdiyi hücum nəticəsində iki yük gəmisində ən azı 5 nəfər həlak olub.
Məlumata görə, mülki təyinatlı gəmilər Omanın Xasab limanından İran sahillərinə doğru hərəkət edirmiş. Hadisənin ABŞ-ın bir neçə İran qayığını batırması ilə bağlı yayılan məlumatların təsdiqlənməsindən sonra baş verdiyi bildirilir.
Daha əvvəl “Associated Press” agentliyi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperə istinadən ABŞ hərbi helikopterlərinin Hörmüz boğazında altı kiçik İran gəmisini batırdığını xəbər vermişdi.
İran tərəfi isə bu məlumatları təkzib edərək, 4 may tarixində ABŞ tərəfindən İran Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir gəminin batırılmadığını açıqlayıb.
İzmedia.az
![]()

