ABŞ ordusu Sakit okeanda narkotik daşıyan qayığa hücum etdi: 3 nəfər ölüb

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ ordusu Şərqi Sakit okeanda narkotik daşıdığı şübhə edilən qayığa qarşı növbəti hava zərbəsi endirib.

Məlumata görə, bu əməliyyat nəticəsində üç nəfər “narko-terrorçu” zərərsizləşdirilib.

ABŞ ordusu Karib dənizi və Şərqi Sakit okean bölgəsində narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində bu cür əməliyyatları davam etdirir.

ABŞ Cənub Komandanlığının (SOUTHCOM) yaydığı açıqlamada bildirilib ki, əməliyyat general Frensis L. Donovanın rəhbərliyi ilə həyata keçirilib.

Qeyd olunub ki, kəşfiyyat məlumatlarına əsasən, hədəf alınan qayığın “terrorçu qrup” kimi tanınan bir təşkilata məxsus olduğu və narkotik daşıdığı müəyyən edilib.

Açıqlamada bildirilir ki, əməliyyat zamanı üç nəfər öldürülüb, ABŞ hərbçiləri arasında isə xəsarət alan olmayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş