Bernama agentliyinin məlumatına görə, Malayziya Kralı Sultan İbrahim Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Qələbə Günü qeyd etmələri ərəfəsində Moskvaya səfərə yola düşüb.
Məlumata əsasən, kralın şəxsi təyyarəsi yerli vaxtla saat 08:00-da Senai Beynəlxalq Hava Limanından havaya qalxıb.
Səfərlə bağlı məlumat Sultan İbrahimin sosial media hesabında da paylaşılıb.
Qeyd edək ki, Sultan İbrahim bundan əvvəl cari ilin yanvar ayında Rusiyaya şəxsi səfər etmiş və Sankt-Peterburq şəhərində yerləşən Ermitaj muzeyində Vladimir Putinlə görüş keçirmişdi.
İzmedia.az
![]()

