Uqandada ildırım faciəsi: üç qız həyatını itirib

1 Min Read

Nilepost News portalının məlumatına görə, Uqandanın Kabale bölgəsində ildırım vurması nəticəsində üç qız ölüb.

Nəşrin bildirdiyinə görə, hadisə dünən axşam saat 17:00 radələrində güclü yağış zamanı baş verib. Yağış şiddətləndikdə uşaqlar evin mətbəxində sığınmağa çalışıblar. Həmin vaxt valideynlərin evdə olmadığı qeyd olunur.

Portalın məlumatına əsasən, ölənlər iki 13 yaşlı məktəbli qız və dörd yaşlı bağça şagirdidir.

Bildirilir ki, ildırım evə düşüb və nəticədə qızlar hadisə yerində həyatlarını itiriblər.

Hazırda səlahiyyətli qurumlar hadisənin səbəblərini araşdırır və zərərçəkmiş ailələrə dəstək göstərilməsinə davam edirlər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş