Millət vəkili Cəlilabadda vətəndaşları qəbul edib

1 Min Read

Millət vəkili Cəlilabadda vətəndaşları qəbul edib

7 may 2026-cı il tarixində Cəlilabad şəhəri, H.Əliyev Mərkəzində təsdiq edilmiş qrafikə uyğun olaraq millət vəkili Malik Həsənov vətəndaşlarla növbəti görüş keçirib.

İzmedia.az xəbər verir ki, görüş zamanı sakinlər gündəlik həyatlarına təsir edən mühüm məsələlərlə bağlı müraciətlər etdiblər. Hər bir müraciət diqqətlə dinlənilib.

Qaldırılan məsələlərin bir qismi elə yerindəcə həll olunub.

Digər müraciətlərin isə aidiyyəti qurumlara yönləndirilməsi və ən qısa zamanda həll edilməsi üçün müvafiq tədbirlərin görüləcəyi sakinlərə bildirilib.

 

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş