Lvova-Belova: Ukrayna ordusunun zərbələri nəticəsində 85 uşaq həlak olub

1 Min Read

Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Komissar Mariya Lvova-Belova bildirib ki, xüsusi hərbi əməliyyatın başlanmasından bəri Ukrayna ordusunun zərbələri nəticəsində Rusiyada 85 uşaq həyatını itirib, daha 220 uşaq yaralanıb.

Lvova-Belova “Vesti” telekanalına açıqlamasında deyib: “Xüsusi hərbi əməliyyatın başlanğıcından bəri 85 uşaq həlak olub, 220 uşaq yaralanıb”.

Uşaq hüquqları üzrə komissar qeyd edib ki, bu məlumatları aprelin sonunda BMT baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Vanessa Freyzerlə görüşü zamanı təqdim edib.

Onun sözlərinə görə, görüş zamanı Ukrayna tərəfinin rusiyalı uşaqları ekstremist fəaliyyətlərə cəlb etməsi ilə bağlı halların artdığı da müzakirə olunub.

“Uşaqlara əvvəlcə asan qazanc vəd edilir, daha sonra isə bu, qorxutma və cinayət törətməyə məcburetmə formasına keçir”, – deyə Lvova-Belova bildirib.

Komissar əlavə edib ki, Ukrayna tərəfinin dağıtdığı infrastruktur obyektləri, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış binaları barədə məlumatların beynəlxalq qurumlara çatdırılması vacibdir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş