Viktoriya Bekhem ailə həyatı və valideynlik mövzusu barədə açıq danışaraq əri Devid Bekhem ilə birlikdə uşaqlarına təzyiq göstərmədiklərini bildirib. Keçmiş “Spice Girls” üzvü və modelyer bu barədə “Aspire with Emma Grede” podkastının yeni buraxılışında çıxış edib.
Podkastda çıxışı zamanı 52 yaşlı Viktoriya illər ərzində valideynliyə yanaşmasının dəyişdiyini qeyd edib.
“Düşünürəm ki, yetkin uşaqların tərbiyəsi kiçik uşaqların tərbiyəsindən tamamilə fərqlidir. Sadəcə əlimdən gələni etməyə çalışıram”, – deyə o bildirib və ictimai diqqətin onun analıq yanaşmasına təsirindən də söz açıb.
O əlavə edib ki, əsas məqsəd uşaqların xoşbəxt olmasıdır:
“Biz uşaqlarımıza təzyiq göstərmirik. Sadəcə onların sevdikləri işi görmələrini və xoşbəxt olmalarını istəyirik”, – deyə Viktoriya vurğulayıb.
O, 21 yaşlı oğlu Kruz Bekhemin musiqi karyerasını nümunə kimi göstərərək bildirib ki, onu dəstəkləmək və yönləndirmək onun ana kimi əsas vəzifəsidir.
“Söhbət məcburiyyətdən getmir. Söhbət onların yanında olmaqdan və dəstək verməkdən gedir”, – deyə o əlavə edib.
İzmedia.az
![]()

