İzmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump təqdim etdikləri təkliflə bağlı İrandan yaxın zamanda cavab gözlədiyini bildirib.
Jurnalistlərin suallarını cavablandıran Tramp İran tərəfinin yaxın günlərdə cavab verəcəyinə ümid etdiyini deyib.
ABŞ Prezidenti həmçinin Rusiya ilə Ukrayna arasında əldə olunan atəşkəsin üç gündən daha uzun davam edə biləcəyini bildirib və atəşkəs müddətinin əhəmiyyətli dərəcədə uzadılmasını istədiyini qeyd edib.
Digər tərəfdən, Hantavirus barədə danışan Tramp “Vəziyyət nəzarət altında görünür” ifadəsini işlədib.
![]()
