İSPANİYADA NARKOTİK ƏMƏLİYYAT ZAMANI JANDARMA QAYIQLARININ TOQQUŞMASI NƏTİCƏSİNDƏ İKİ NƏFƏR HƏLAK OLUB

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, İspaniyanın cənubundakı Endülüs bölgəsinin Huelva şəhəri sahillərində narkotik əməliyyatı zamanı faciə baş verib. Jandarmaya məxsus iki sürət qayığı toqquşub və nəticədə iki jandarma zabiti həyatını itirib.

İspaniyanın EFE agentliyinin Jandarma mənbələrinə istinadən yaydığı məlumata görə, hadisə Huelva sahillərindən təxminən 80 mil uzaqlıqda, narkotik qaçaqmalçılığı ilə bağlı təqib əməliyyatı zamanı baş verib.

Qəza nəticəsində iki jandarma zabiti həlak olub, daha iki əməkdaş isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Rəsmilər həlak olanların dəfn mərasiminin bu gün keçiriləcəyini, Endülüs muxtar hökumətinin isə hadisə ilə bağlı rəsmi matəm elan etdiyini açıqlayıb.

İspaniya Baş naziri Pedro Sançes hadisə ilə bağlı dərin kədər ifadə edərək həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Təhlükəsizlik qurumları isə son illərdə bu tip hadisələrin artmasını şəxsi heyət və resurs çatışmazlığı ilə əlaqələndirir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş