Çin XİN: Tramp 13–15 may tarixlərində Çinə dövlət səfəri edəcək

1 Min Read

Çin Xarici İşlər Nazirliyi mayın 11-də ABŞ Prezidenti Donald Trampın 13–15 may tarixlərində Çinə dövlət səfəri edəcəyini təsdiqləyib.

Nazirliyin rəsmi internet saytında yayımlanan açıqlamada bildirilib: “Çin Prezidenti Si Cinpinin dəvəti ilə ABŞ Prezidenti Donald Tramp 13–15 may tarixlərində Çinə dövlət səfəri edəcək”.

Eyni zamanda Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, Trampın səfəri çərçivəsində 14–15 may tarixlərində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş nəzərdə tutulur. Onun sözlərinə görə, ABŞ Prezidenti səfər zamanı iki ölkə arasında münasibətlərin sabitləşdirilməsinə fokuslanmağı planlaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş