Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, ABŞ Prezidenti Donald Trampın 14–15 may tarixlərində Çin sədri Si Cinpinlə görüşü planlaşdırılır və səfərin əsas məqsədi iki ölkə arasında münasibətlərin sabitləşdirilməsidir.
Kellinin sözlərinə görə, Tramp səfər zamanı ABŞ–Çin əlaqələrinin yenidən qurulması istiqamətində son bir ildə aparılan siyasəti davam etdirməyi planlaşdırır.
“Bu səfər zamanı Prezident Tramp son bir ildə etdiyi işi davam etdirəcək və Çinlə münasibətlərin yenidən qurulmasına fokuslanacaq”, – deyə ABŞ müxbiri Meri Olohan “X” sosial şəbəkəsində bildirib.
Sözçü həmçinin qeyd edib ki, dövlət başçısı səfər çərçivəsində ABŞ-ın iqtisadi müstəqilliyinin gücləndirilməsinə xüsusi önəm verəcək.
İzmedia.az
![]()

