Rusiyada yanacaq böhranı dərinləşir: Bölgələrdə tək və cüt günlərlə satış sisteminə keçilir

1 Min Read
Rusiyanın müxalifət mediasının məlumatına görə, ölkənin Lipetsk və Orenburq vilayətlərində avtomobillərə tək və cüt günlərdə benzin satışı sistemi tətbiq olunmağa başlayıb.
Bundan əvvəl, avqust ayında bənzər məhdudiyyətlər Volqoqrad vilayətində də qüvvəyə minmişdi. Rusiya regionlarında bu cür qadağaların yenidən bərpa edilməsi, Ukraynanın Rusiyaya məxsus neft emalı zavodlarına (NEZ) aktiv hava hücumlarını genişləndirməsi ilə başlayan yeni benzin böhranı dalğasından xəbər verir.
Son günlər yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələrlə bağlı Smolensk, Tula, Gelendjik, Soçi, Krasnodar, Rostov-na-Donu və paytaxt Moskvadan kütləvi şikayətlər daxil olur. Analoji xəbərlər və növbə gərginliyi artıq ölkənin ən azı 12 digər regionunda da müşahidə olunmaqdadır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş