izmedia.az xəbər verir ki, MV Hondius kruiz gəmisindən təxliyə edilərək Madridə gətirilən sərnişinlər arasında hantavirus yeni bir nəfərdə daha aşkarlanıb.
Məlumata görə, İspaniyanın Tenerife bölgəsindən Madridə gətirilən 14 ispan sərnişinə aparılan PCR testlərinin nəticəsində bir nəfərdə virus müsbət çıxıb, 13 nəfərdə isə yoluxma qeydə alınmayıb. Rəsmi qurumlar yoluxan şəxsin simptom göstərmədiyini və ümumi vəziyyətinin stabil olduğunu bildirib.
Protokola əsasən, həmin şəxs yüksək təhlükəsizlikli izolyasiya və müalicə şöbəsinə yerləşdirilib. Digər sərnişinlər isə nəzarət altında saxlanılır.
Bundan əvvəl də eyni gəmidən təxliyə olunan şəxslər arasında bir fransız və bir amerikalı sərnişində hantavirus aşkarlanmışdı. Hazırda yoluxma hallarının mənbəyi və yayılma riski ilə bağlı araşdırmalar davam edir.
![]()
