İran parlamentindən xəbərdarlıq: ABŞ hücum edərsə, uranın zənginləşdirilməsi 90 faizə çata bilər

1 Min Read

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rzayi bildirib ki, ABŞ-ın mümkün hücumu halında Tehran uranın zənginləşdirilmə səviyyəsini 90 faizə qədər artırmağı nəzərdən keçirə bilər.

CNN telekanalı daha əvvəl ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlanması variantını ciddi şəkildə müzakirə etdiyini xəbər vermişdi.

İbrahim Rzayi “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib:

“ABŞ tərəfindən ikinci hücum olacağı təqdirdə, İranın seçimlərindən biri uranın 90 faizə qədər zənginləşdirilməsi ola bilər. Biz bu məsələni parlamentdə araşdıracağıq”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş