Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Pekin İranla əlaqələrinə görə ABŞ-ın sanksiyalarına məruz qalan Çin şirkətlərinin hüquq və maraqlarını müdafiə edəcək.
Diplomat ABŞ-ın tətbiq etdiyi son məhdudiyyətləri şərh edərək qeyd edib ki, Çin öz müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacaq.
Məlumata görə, Vaşinqton İranın hərbi strukturlarından neft almaq və onu Çinə ötürməkdə ittiham olunan 12 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu siyahıya Honkonqda qeydiyyatdan keçmiş şirkətlər də daxildir.
Quo Ciakun vurğulayıb ki, Pekin “qanunsuz birtərəfli sanksiyalara” qarşıdır və onların beynəlxalq hüquqda əsasının olmadığını, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmədiyini bildirib.
İzmedia.az
![]()

