izmedia.az xəbər verir ki, ABŞ rəsmiləri Pakistanın İranın hərbi təyyarələrinin öz hava limanlarından istifadəsinə icazə verdiyini iddia edib. Bildirilir ki, bu addım Tahranın mümkün hücumlardan qorunması məqsədi daşıyır.
CBS kanalına danışan ABŞ rəsmiləri Pakistanın Vaşinqton və Tehran arasında vasitəçi rolunu oynadığı bir vaxtda İran hərbi təyyarələrinin ölkə hava limanlarına eniş etməsinə səssiz şəkildə icazə verdiyini irəli sürüblər.
Məlumata görə, ABŞ rəsmiləri İranın Əfqanıstana da sivil təyyarələr göndərdiyini, lakin bu reyslər arasında hərbi təyyarələrin olub-olmadığının dəqiq bilinmədiyini bildiriblər.
İddialarda qeyd olunur ki, İran ABŞ prezidenti Donald Trampın aprel ayında elan etdiyi atəşkəsdən sonra Pakistanın Ravalpindi yaxınlığındakı Nur Xan hərbi bazasına çoxsaylı təyyarələr göndərib.
Həmçinin bildirilib ki, sözügedən bazada ABŞ istehsalı RC-130 tipli kəşfiyyat və nəqliyyat təyyarəsinin də olduğu iddia edilir.
Pakistanlı rəsmi isə bu iddialara cavab olaraq Nur Xan bazasının şəhərin mərkəzində yerləşdiyini və orada böyük təyyarə parkının gizlədilməsinin mümkün olmadığını qeyd edib.
Pakistan Xarici İşlər Nazirliyi isə ölkədə İran təyyarələrinin olduğunu təsdiqləsə də, bunun hərbi məqsəd daşımadığını, atəşkəs dövründə baş verdiyini və təhlükəsizlik tədbirləri ilə əlaqəli olmadığını açıqlayıb.
![]()
