ABŞ-nin strateji nüvə sualtı qayığı Cəbəllütariqdən Aralıq dənizinə yollanıb

1 Min Read

“The Gibraltar Chronicle” qəzeti və “Itamilradar” portalının yaydığı məlumata görə, qitələrarası ballistik raketlərlə təchiz edilmiş ABŞ-ın strateji nüvə sualtı qayığı USS Alaska bazada qısa müddət qaldıqdan sonra çərşənbə axşamı Cəbəllütariqdən ayrılaraq Aralıq dənizinə doğru hərəkət edib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının məlumatına əsasən, “Ohio” sinifinə aid sualtı qayıq ötən bazar günü Cəbəllütariqə daxil olub.

Yayılan bəyanatda qeyd olunub ki, səfərin məqsədi “ABŞ-ın NATO müttəfiqlərinə olan imkanlarını, çevikliyini və sarsılmaz öhdəliyini nümayiş etdirmək”dir.

Bəyanatda həmçinin bildirilib ki, “Ohio” sinifli sualtı qayıqlardan buraxılan ballistik raketlər ABŞ-ın nüvə triadasının ən mühüm komponentlərindən biridir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında olan 14 “Ohio” sinifli strateji sualtı qayığın hər biri fərdi idarə olunan çoxbloklu döyüş başlıqları ilə təchiz edilmiş 20 ədəd “Trident II D-5” ballistik raketi daşımaq imkanına malikdir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş