ABŞ Prezidenti Donald Tramp ABŞ ilə Çin arasındakı münasibətlərin dünya tarixində ən mühüm əlaqələrdən biri olduğunu bildirib.
O qeyd edib ki, “Son iki əsr yarım ərzində bu münasibətlər tarixi əhəmiyyət daşıyan ən vacib əlaqələrdən birinə çevrilib”.
Donald Tramp həmçinin Çinə həyata keçirdiyi səfərin tarixi xarakter daşıdığını vurğulayıb.
“Bu tarixi dövlət səfəri zamanı bizi belə səmimi qarşıladığınız üçün təşəkkür edirik”, — deyə ABŞ Prezidenti bildirib.
İzmedia.az
![]()

