Si Cinpin: “Çinin dirçəlişi” ilə “Amerikanı yenidən böyük etmək” ideyaları bağlıdır

1 Min Read

Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib ki, Çinin dirçəlişi və “Amerikanı yenidən böyük etmək” ideyaları bir-biri ilə əlaqəli ola bilər.

Si Cinpin dövlət ziyafətində çıxışı zamanı deyib: “Çinin dirçəlişi ideyası ilə ‘Amerikanı yenidən böyük etmək’ arzusu bir-biri ilə sıx bağlı ola bilər”.

ABŞ Prezidenti Donald Tramp mayın 13-15-də Çində dövlət səfərindədir. O, cümə axşamı Çin lideri ilə danışıqlar aparıb.

Məlumata görə, iki liderin cümə günü işgüzar nahar çərçivəsində görüşü davam etdirəcəyi gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş