ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin İslam Respublikası ilə Vaşinqton arasında yaranmış münaqişənin həllində İrana təsir göstərə bilər. O, bu barədə mayın 14-də “Fox News” telekanalına verdiyi müsahibədə danışıb.
“Bəli, yəqin ki”, – deyə Tramp Çinin bu prosesdə rol oynaya biləcəyi ilə bağlı suala cavab verib. ABŞ prezidenti məsələ ilə bağlı əlavə detallar açıqlamayıb.
Müsahibə zamanı Tramp İrana seçim təqdim etdiyini də bildirib: “ya razılıq əldə etmək, ya da məhv olmaq”.
Onun sözlərinə görə, Tehranla yaxşı münasibətlər saxlayan bəzi dövlətlərin müraciətlərindən sonra ABŞ əvvəlcə İran ərazisinə zərbələri dayandırmaq qərarı verib.
Elə həmin gün Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada ABŞ-ın İrana qarşı hərbi əməliyyatları davam etdirmək niyyətində olduğunu da bəyan edib.
İzmedia.az
![]()

