CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə görüş keçirib və görüşdə Vaşinqtonun İrana qarşı mümkün növbəti addımları müzakirə olunub.
Məlumata əsasən, görüş ABŞ liderinin Virciniyadakı qolf klubunda baş tutub. İclasda vitse-prezident Cey Di Vens (J. D. Vance), dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və ABŞ administrasiyasının xüsusi elçisi Stiv Uitkoff iştirak ediblər.
Qeyd olunur ki, Ağ Evin aparat rəhbərinin bu həftənin sonlarında milli təhlükəsizlik komandası ilə yenidən görüş keçirməsi gözlənilir.
CNN-in yazdığına görə, Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, Pentaqon bu istiqamətdə bir neçə zərbə planı hazırlayıb. Bildirilir ki, həmin planlarda İranın enerji və infrastruktur obyektləri də hədəflər siyahısına daxildir.
İzmedia.az
![]()

