Livanın cənubunda hərbi əməliyyatlar kənd təsərrüfatına ciddi ziyan vurub

1 Min Read

Livan Kənd Təsərrüfatı Nazirliyinin baş direktoru Luis Lahud RİA Novosti agentliyinə bildirib ki, ölkənin cənub bölgələrində aparılan hərbi əməliyyatlar nəticəsində Livanın tarixi və mədəni irsinin bir hissəsi hesab edilən çoxillik zeytun bağlarının böyük əraziləri məhv edilib.

Onun sözlərinə görə, İsrail ordusunun zərbələri və davam edən hərbi əməliyyatlar cənub bölgələrində kənd təsərrüfatına ciddi ziyan vurub. Zeytun bağları ilə yanaşı, meyvə bağları, mövsümi əkin sahələri və heyvandarlıq fermalarının da məhv edildiyi bildirilir.

Lahud qeyd edib ki, vəziyyət nəticəsində Livan bir sıra əsas ərzaq və kənd təsərrüfatı məhsullarında çatışmazlıqla üzləşib və hökumət qonşu ölkələrdən müvəqqəti idxal imkanlarını genişləndirmək məcburiyyətində qalıb.

Mayın 17-də Livanın iqtisadiyyat naziri Amer Bissat isə İranla mümkün müharibə və Hörmüz boğazının blokadası fonunda ciddi iqtisadi şok riskinin olduğunu bildirib. Onun sözlərinə görə, müharibədən zərər çəkmiş bölgələrin bərpası üçün ilkin mərhələdə ən azı 7 milyard dollar vəsait tələb olunur.

Nazir əlavə edib ki, ümumi iqtisadi zərər 20 milyard dollara çata bilər, kənd təsərrüfatı sektoru 40 faiz azala bilər, turizm sektoru isə iflic vəziyyətinə düşə bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş