Pezeşkian: ABŞ-la dialoq kapitulyasiya demək deyil

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ-la aparılan danışıqların ölkənin milli maraqlarından imtina anlamına gəlmədiyini bildirib.

Pezeşkian sosial şəbəkədəki paylaşımında qeyd edib ki, İran xalqının və dövlətinin qanuni hüquqlarından heç bir halda geri çəkilməyəcək.

İran lideri vurğulayıb ki, ölkənin maraqlarını və ləyaqətini qorumaq üçün bütün imkanlardan istifadə ediləcək.

Açıqlama ABŞ və İsraillə davam edən gərginlik fonunda səsləndirilib. Məlumata görə, tərəflər arasında silahlı qarşıdurma 28 fevral tarixindən davam edir.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan etmişdi. Daha sonra İslamabadda keçirilən danışıqlarda tərəflər uzunmüddətli razılıq əldə edə bilməyiblər.

Buna baxmayaraq, Tramp sonradan atəşkəs rejiminin uzadılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş