ABŞ Ədliyyə Nazirliyi Maduro yaxın müttəfiqinə qarşı pul yuyulması ittihamı irəli sürdü

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ prokurorluğu Venesuela keçmiş prezidenti Nikolas Maduroya yaxınlığı ilə tanınan Aleks Saab barəsində pul yuyulması ittihamı irəli sürüb.

Məlumata görə, ittihamlar 18 may tarixində məhkəmə sənədlərinin açıqlanmasından sonra ictimaiyyətə məlum olub.

Saab Maduronun yaxın adamı və “maliyyə daşıyıcısı” kimi tanınır. Onun Venesuelada sosial yardım proqramları üçün ayrılmış vəsaitlərdən sui-istifadə edərək böyük məbləğdə pulları mənimsədiyi iddia edilir.

Prokurorluğun iddiasına əsasən, Saab 2015-ci ildən etibarən saxta şirkətlər və saxta sənədlərdən istifadə edərək yüz milyonlarla dollar vəsaiti mənimsəyib. Həmin vəsaitlərin əsasən ərzaq proqramları üçün nəzərdə tutulduğu bildirilir.

2019-cu ildən sonra isə o, neft satışları ilə bağlı saxta əməliyyatlar həyata keçirərək milyardlarla dolların ABŞ maliyyə sistemi vasitəsilə dövriyyəsini təmin edib və gəlirləri gizlədib.

Qeyd edək ki, Saab 2020-ci ildə Kabo-Verde şəhərində saxlanılmış, 2023-cü ildə ABŞ tərəfindən əfv olunaraq məhbus mübadiləsi çərçivəsində azad edilmişdi. Lakin daha sonra yenidən ABŞ-a deportasiya olunub və hazırda Mayamidə federal məhkəmədə ilkin iclası keçirilib.

ABŞ rəsmiləri bildirir ki, Aleks Saab Venesuela hökumətinə qarşı aparılan istintaqda mühüm şahid kimi istifadə oluna bilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş