Tramp Ağ Evin altında altımərtəbəli bunker tikildiyini açıqlayıb

1 Min Read

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Bal Zalının altında altı mərtəbədən ibarət yeraltı bunker inşa edildiyini açıqlayıb.

Onun sözlərinə görə, Bal Zalının damı hərbi məqsədlər üçün nəzərdə tutulub və xüsusi müdafiə funksiyalarına malikdir.

“Bal zalının bütün damı hərbi məqsədlər üçün nəzərdə tutulub. Orada böyük dron bazası olacaq. Dam təkcə dron hücumlarından qorunmur, həm də kifayət qədər möhkəmdir. Əgər dron ona çırpılsa, ciddi zərər vermədən geri sıçrayacaq”, – deyə Tramp “Reuters” agentliyinə bildirib.

Prezident qeyd edib ki, yerüstü zal binası yeraltı hissənin qoruyucu strukturu funksiyasını yerinə yetirəcək və hər iki hissə vahid sistem kimi fəaliyyət göstərəcək.

Trampın sözlərinə görə, düz dam snayper mövqeləri üçün nəzərdə tutulub və oradan Vaşinqton şəhərinə tam nəzarət etmək mümkün olacaq.

ABŞ lideri əlavə edib ki, binanın pəncərələri yüksək davamlı materiallardan hazırlanacaq və bunkerə bomba sığınacaqları, hərbi xəstəxana, eləcə də hərbi personal üçün xüsusi bölmələr daxil ediləcək.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi şəxsi ianələr hesabına həyata keçirilir və tikinti işləri plan üzrə davam edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş