İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bəyan edib ki, ABŞ hərbi əməliyyatları yenidən başlatmaq qərarı verərsə, mümkün cavab tədbirləri Yaxın Şərq regionundan kənarı da əhatə edə bilər.
Bu barədə “Tasnim” agentliyinə istinadən məlumat yayılıb.
İİKK-nin açıqlamasında qeyd olunub: “İrana qarşı təcavüz təkrarlanarsa, bu dəfə müharibə region sərhədlərindən kənara yayılacaq”.
Bildirilib ki, bu halda qurumun qüvvələri “gözlənilməyən məkanlarda dağıdıcı zərbələr endirə bilər”.
Açıqlamada həmçinin qeyd edilib ki, İİKK İsrail və ABŞ-ın addımlarına cavab olaraq həyata keçirilən əməliyyatlarda hələ “tam gücündən istifadə etməyib”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 19-da bildirib ki, Vaşinqtonun İrana qarşı yenidən hərbi zərbələr endirməsi ehtimalı qalır. O, İranın nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb və ABŞ Demokratlar Partiyasını danışıqlar prosesinə mane olmaqda ittiham edib.
Tramp həmçinin qeyd edib ki, hücum əmri verilməsinə bir neçə saat qalmış qərarı ləğv edib və İranla diplomatik səylərə məhdud vaxt ayırıb.
İzmedia.az
![]()

