Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna istinadən Financial Times (FT) qəzeti bildirib ki, İranla bağlı münaqişə və yanacaq qiymətlərinin artması fonunda elektrikli nəqliyyat vasitələrinin satışları dünya üzrə artmaqdadır.
Agentliyin proqnozuna görə, 2026-cı ilə qədər elektrikli avtomobillər və hibridlər qlobal avtomobil bazarının təxminən 30%-ni təşkil edə bilər. Belə avtomobillərin satışının 2025-ci ildə qeydə alınan 20 milyondan çox göstərici ilə müqayisədə 23 milyon ədədə çatacağı gözlənilir.
Beynəlxalq Enerji Agentliyi qeyd edib ki, tələbatın artmasına batareyaların daha əlçatan qiymətə olması və istehlakçıların yanacaq xərclərini azaltmaq istəyi təsir göstərir. Bu tendensiya İranla bağlı münaqişənin yaratdığı enerji böhranı ilə də əlaqələndirilir. Satışlarda ən yüksək artım tempinin Asiya-Sakit Okean regionu və Latın Amerikasında müşahidə olunacağı proqnozlaşdırılır.
Financial Times vurğulayır ki, Avropada elektrikli avtomobillər və hibridlərin satışları 2026-cı ilə qədər təxminən 20% arta bilər və onların payı satılan bütün avtomobillərin üçdə birini təşkil edə bilər.
Məlumata görə, Çin qlobal elektrikli avtomobil istehsalının təxminən 75%-ni təmin edir. Bununla yanaşı, ölkədə qiymətlər enməkdə davam edir və yerli istehsalçıların məhsul ixracı artır.
İzmedia.az
![]()

