Putin və Si Cinpin çoxqütblü dünya ilə bağlı bəyannamə imzalayıblar

1 Min Read

Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlər sisteminin formalaşdırılması haqqında bəyannamə imzalayıblar.

Liderlər həmçinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də mehriban qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi barədə birgə bəyanat qəbul ediblər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, bu sənəd Rusiya ilə Çin arasında çoxşaxəli ikitərəfli münasibətlərin inkişafının əsas istiqamətlərini, beynəlxalq gündəmdə aktual məsələlər üzrə ortaq mövqeləri və dünya miqyasında əməkdaşlıq formatlarını müəyyən edən geniş proqram xarakterli sənəddir.

Putin Si Cinpinin dəvəti ilə Çinə iki günlük rəsmi səfər edib. Səfər iki ölkə arasında imzalanmış Xoş Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyinə həsr olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş